COP29 Təşkilat Komitəsinin bu üzvləri deputatlığa namizəddir - SİYAHI

COP29 Təşkilat Komitəsinin bu üzvləri deputatlığa namizəddir - SİYAHI
SOSİAL
22:46 19.07.2024
478
Xəbər verdiyimiz kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) regionda, MDB ölkələri içərisində ilk dəfə Azərbaycanda keçiriləcək.

Mötəbər tədbir 11-22 noyabr tarixlərində Bakıda baş tutacaq. 

2024-cü il yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Sərəncam imzalayıb.

COP-29-un təşkilat komitəsində 1 sentyabr - Növbədənkənar Parlament seçkilərində iştirak edəcək yenidən namizəd kimi iştirak edəcək deputatlar və QHT sədrləri də var. 

AZXEBER.COM seçkilərdə iştirak edəcək təşkilat komitəsinin üzvlərinin siyahısını təqdim edir: 

Nigar Arpadarai – Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Sevinc Fətəliyeva - Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Nigar Məmmədova – "DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru

Könül Nurullayeva – Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Pərvanə Vəliyeva – "Sağlamlığa Xidmət” ictimai birliyinin icraçı direktoru, "Environmental Protection First” Koalisiyasının həmtəsisçisi

Fatma Yıldırım – Azərbaycan Respublikası Milli Məclisinin deputatı
OXŞAR XƏBƏRLƏR