COP29-un Bakıda keçirilməsinin əhəmiyyəti nədir? - Dünyanın 150-dən çox ölkəsi…

COP29-un Bakıda keçirilməsinin əhəmiyyəti nədir? - Dünyanın 150-dən çox ölkəsi…
SİYASƏT
15:37 31.01.2024
413
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının - COP29-un Tərəflər Konfransının 29-cu sessiyası bu il Azərbaycanda keçiriləcək.
 
Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də keçirilən plenar iclasında verilib.
 
Bu cür beynəlxalq konfransın Bakıda keçirilməsinin Azərbaycana və ümumiyyətlə, dünya dövlətlərinə, beynəlxalq ekosistemə hansı təsirləri olacaq?
 
Məsələ ilə əlaqədar AZXEBER.COM-a açıqlama verən ekoloq Rövşən Abbasov söyləyib ki, COP-29-un Azərbaycanda keçirilməsi ölkəmizin strategiyası və maraqlarına tam uyğundur:

 

""COP 29" tərəflər konfransıdır. BMT-nin İqlim Dəyişikliyi üzrə beynəlxalq çərçivədə keçirilən konfransıdır. Bu konfransın əsas məqsədi dünya ölkələri arasında istixana qazlarının emissiyasının inkişafının azaldılmasıdır. Sonuncu dəfə sözügedən konfrans 2015-ci ildə Fransanın paytaxtı Parisdə keçirilən "COP" razılaşmaları ilə nəticələnmişdi. Razılaşmalara görə, hər bir ölkə müəyyən öhdəlik götürür. Azərbaycan da bu konfransa dair bəzi razılaşmaları öhdəliyinı götürüb. 2030-cu ilə qədər Azərbaycan ərazisində atmosferə atılan çirkli qazların 30 faiz azaldılması planlaşdırılır. Yəni, bu, müəyyən zərurətdən irəli gələn öhdəlikdir. Bu konsepsiya həm də Azərbaycanın dövlət strategiyasına tam uyğundur. Bilirik ki, 2024-cü ildə cənab Prezident tərəfindən "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Bu möhtərəm qərar da COP-29-un Azərbaycanda keçirilməsi ilə əlaqədardır.
 
Qeyd etdiyimiz ildə də əsas məqsəd odur ki, ətraf-mühitin qorunması sahəsində bütün ölkələri bir araya gətirək. Bu baxımdan COP-un əhəmiyyəti müstəsnadır. Çünki təxminən 2 ilə yaxın 200-ə qədər ölkənin nümayəndələri bu dəbdəbəli konfransda iştirak edəcəklər. Burada vacib qərarların veriləcəyi gözlənilir. Amma, danışdığım qərarlar barədə hələ ki, məlumatımız yoxdur. Azərbaycan artıq bu tədbirə ev sahibliyi etməklə həm də göstərir ki, dünya ölkələri sırasında ətraf mühitin çirklənməsi və iqlim dəyişiklikləri ilə bağlı mübarizədə liderə çevrilib. Bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyi də paralel olaraq vətəndaş cəmiyyəti institutlarının qrant vasitəsilə maliyyələşmə sxemini həyata keçirməyi planlaşdırır. Bu istək də vətəndaş cəmiyyəti nümayəndələrinin mühüm işlərə cəlb edilməsi məqsədini daşıyır".
 
Ekoloq əlavə edib ki, COP-29-dan başqa digər beynəlxalq konfransların da Azərbaycanda keçirilməsi gözləniləndir:
 
"Məsələ burasındadır ki, COP-29-la bərabər olaraq Azərbaycanda həm də çoxsaylı ətraf-mühitə həsr olunmuş tədbirlər həyata keçirilir. Bu gün də Azərbaycanda Gənclər Forumu keçirilir. Bu forum dünyanın müxtəlif ölkələrindən gəlmiş və həmin ölkələri təmsil edən 160-a yaxın gəncin iştirakı ilə reallaşır. Əlbəttə ki, gənclər də ətraf mühitin qorunması istiqamətində öz töhfələrini ortaya qoyacaqlar və bu konfransda onlar gələcək əməkdaşlıq cizgilərini hazırlayırlar. Bundan əlavə, Azərbaycana xeyli beynləlxalq vətəndaş cəmiyyətinin üzvlərinin gələcəyi gözlənilir. Onlar cürbəcür yerlərə səfərlər edəcəklər, Azərbaycanda ətraf-mühitin, iqlimin qorunması ilə əlaqədar işlərlə tanış olacaqlar və bu da təbii ki, ölkəmizin beynəlxalq miqyasda tanınmasında öz köməyini edəcək".
 
Mövzuya münasibət bildirən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov da AZXEBER.COM-a açıqlamasında deyib ki, paytaxt Bakı etibarlı və uğurlu formada ev sahibliyi etməsi fonunda irimiqyaslı tədbirlər üçün kifayət qədər cazibədar məkandır:

 

"Müasir beynəlxalq qeyri-sabitlik zəminində Azərbaycanda təhlükəsiz mühit, o cümlədən yaranan yeni geosiyasi konfiqurasiyada özünü qlobal güc mərkəzi kimi təsdiqləməsi ölkəmizi dünyamiqyaslı təbirlər üçün ideal məkana çevirir. Üstəlik Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, habelə BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü dövründə uğurlu fəaliyyəti, eyni zamanda Avroviziya, İslam Həmrəyliyi Oyunları, eləcə də digər çoxsaylı tədbirlərə təhlükəsiz, etibarlı və uğurlu formada ev sahibliyi etməsi fonunda Bakı irimiqyaslı tədbirlər üçün kifayət qədər cazibədar məkandır. Siyasi əhəmiyyətinə görə yalnız BMT Baş Assambleyasının əsas sessiyaları ilə müqayisə oluna bilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı keçirildiyi zaman dünyanın siyasi nəbzi məhz tədbirin baş tutduğu məkanda döyünür. Ən azı ona görə ki, tədbir 150-dən artıq ölkənin dövlət və hökumət başçıları, həmçinin bütün iri qlobal təsisatların rəhbərlərinin, o cümlədən bir qayda olaraq BMT Baş katibinin iştirakı ilə reallaşır.
 
Digər tərəfdən, iqlim dəyişikliyi ilə müasir mübarizə tendensiyaları və iqtisadi güc mərkəzləri arasında qarşıdurma fonunda Konfransın qlobal təsir gücünü təsəvvür etmək çətin deyil. Bu mənada, COP29-un Azərbaycanda keçirilməsi barədə qərar ölkəmizə növbəti dəfə böyük etimad və hörmətin birmənalı ifadəsidir. Lakin unutmamalıyıq ki, 2023-cü il dekabrın 15-də keçirilmiş müşavirədə Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. "Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı”. Xüsusən lokal antiterror tədbirlərindən cəmi 2 ay yarım sonra COP29-un Bakıda keçirilməsinə dair yekdil qərar bizim haqlı mövqeyimizə verilən qiymət və  bir sıra Qərb subyektlərinin qeyri-adekvat və ədalətsiz yanaşmaları fonunda Bakının ciddi qələbəsidir".
 
Deputat hesab edir ki, Azərbaycanın COP-a ev sahibliyi etməsi özünün beynəlxalq məsuliyyətini dərk edən qlobal güc kimi təqdimatı olacaq:

"Digər tərəfdən, özünün gələcəyini neft-qaz sferasında yox, alternativ enerjidə görməsi, beş milli prioritetdən biri kimi "təmiz ətraf mühit və yaşıl artım ölkəsi" olmaq formasında müəyyən edilməsi, ölkənin Kioto protokolu ilə karbon qazlarının emissiyasının kəskin azaldılması üzrə çox cəsarətli hədəflər müəyyən etməsi ilə iqlim dəyişikliyi mövzusunda Azərbaycan faktiki olaraq BMT-nin müvafiq Çərçivə Konvensiyasının Şərqi Avropa Qrupu üzrə ən həssas praktik yanaşma nümayiş etdirən üzvüdür. Bütün bunların fonunda, hansısa beynəlxalq subyektin, yaxud hansısa qərəzli psevdo-siyasətçinin bəyanatları artıq qəbul olunmuş qərarın mahiyyətinə təsir edə bilməz. Əksinə COP29-a ev sahibliyi həm də yeni reallıqda Azərbaycanın beynəlxalq hüququn aliliyininə sadiq, ədalətə inanan və özünün beynəlxalq məsuliyyətini dərk edən qlobal güc kimi təqdimatı olacaq".
 
Mikayıl Mirzəzadə
 
Yazı Medianın İnkişafı Agentliyinin "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda dərc edilib.
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
21:52 29.07.2025
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
Sumqayıtda qardaşlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib
21:44 29.07.2025
Sumqayıtda qardaşlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
21:33 29.07.2025
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
21:26 29.07.2025
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
21:21 29.07.2025
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
21:05 29.07.2025
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
20:53 29.07.2025
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib
20:40 29.07.2025
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib
Liviya sahillərində gəmi qəzasında 18 nəfər ölüb
20:35 29.07.2025
Liviya sahillərində gəmi qəzasında 18 nəfər ölüb
Tokayev Ərdoğanla müzakirə apardı
20:22 29.07.2025
Tokayev Ərdoğanla müzakirə apardı
Şərurda 16.5 ton ot bağlaması yanıb
20:18 29.07.2025
Şərurda 16.5 ton ot bağlaması yanıb
Yevlaxda ağır yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb
20:08 29.07.2025
Yevlaxda ağır yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb
Ukraynada 60 yaşdan yuxarı şəxslərin hərbi xidmət keçməsinə icazə verildi
19:57 29.07.2025
Ukraynada 60 yaşdan yuxarı şəxslərin hərbi xidmət keçməsinə icazə verildi
Fransa yaxın günlərdə Qəzzaya humanitar yardım göndərəcək
19:36 29.07.2025
Fransa yaxın günlərdə Qəzzaya humanitar yardım göndərəcək
Tacikistan və Qırğızıstan dövlət sərhədinin demarkasiya prosesini müzakirə edib
19:09 29.07.2025
Tacikistan və Qırğızıstan dövlət sərhədinin demarkasiya prosesini müzakirə edib
Nadir Qafarzadə: “Castinin konsertinə bu qədər insanın getməsi o deməkdir ki, xalq gözəl yaşayır”
18:57 29.07.2025
Nadir Qafarzadə: “Castinin konsertinə bu qədər insanın getməsi o deməkdir ki, xalq gözəl yaşayır”