COP29 zolağı: Elektrik mühərrikli avtobusla mediatur

COP29 zolağı: Elektrik mühərrikli avtobusla mediatur
SOSİAL
12:27 09.11.2024
272
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən mediatur təşkil olunub. 

AZXEBER.COM xəbər verir ki, media qurumlarının nümayəndələrinin "Koroğlu” NMM–Heydər Əliyev Beynəlxalq Hava Limanı səfərində, Bakıya gətirilən elektrik mühərrikli avtobusdan istifadə edilib. Qeyd edək ki, paytaxtımıza AYNA-nın Monitorinq Mərkəzi vasitəsilə 24 saat ərzində izlənəcək, 160 ədəd elektrik mühərrikli avtobus gətirilib.

Jurnalistlərə, AYNA-nın COP29 konfransına hazırlığı və rolu, eləcə də tədbir zamanı yarana biləcək halların operativ həlli, səmərəli məlumat mübadiləsi məqsədilə fasiləsiz fəaliyyət göstərəcək Qərargahın yaradıldığı barədə məlumat verilib. Sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini rahatlaşdırmaq üçün daşıyıcılarla iş aparıldığı və xəttə tələbata uyğun sayda avtobusun cəlb olunması diqqətə çatdırılıb. 

COP29-la əlaqədar bir sıra müntəzəm avtobus marşrutlarının sxemində  dəyişikliklərin edildiyi, bu barədə ictimaiyyətin vaxtında məlumatlandırıldığı, həmçinin, önümüzdəki günlərdə marşrut xətlərində yenə müəyyən dəyişikliklərin olacağı və bu barədə məlumatın veriləcəyi qeyd edilib.  Konfrans günlərində hava limanından metronun "28 May” və "Əhmədli” stansiyaları istiqamətində H1 və H2 nömrəli ictimai ekspress avtobusların sərnişinləri pulsuz daşıyacağı vurğulanıb.

Mediatur çərçivəsində, Heydər Əliyev Beynəlxalq Hava Limanında TX5 markalı yeni elektrik mühərrikli taksi nəqliyyat vasitələri ilə tanışlıq olub. 

Ümumilikdə, COP29 zamanı daşımalarda fasilənin yaranmaması üçün paytaxtın 26 küçə və prospektində – Neftçilər, Heydər Əliyev, Xocalı, Şah İsmayıl Xətai, Parlament, Bülbül və Azadlıq prospektləri, Zuğulba yolu, hava limanı, Zığ və Salyan şoseləri, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Həsənoğlu, Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində), Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Mikayıl Müşfiq, Həsən Əliyev və Fətəli Xan Xoyski küçələrində, xüsusi hərəkət zolaqları təşkil edilib. 

Həmin zolaqlara digər nəqliyyat vasitələrinin daxil olması qadağandır.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski “Drujba” neft kəmərini ay yarıma təmir etməyə söz verib
17:42 17.03.2026
Zelenski “Drujba” neft kəmərini ay yarıma təmir etməyə söz verib
Rəşad Nəbiyevin müavinlərinin sayı artırıldı - Prezidentdən Fərman
17:25 17.03.2026
Rəşad Nəbiyevin müavinlərinin sayı artırıldı - Prezidentdən Fərman
Bişkekdə Novruz və Ramazan bayramlarına həsr olunmuş tədbir keçirildi - FOTOLAR
17:23 17.03.2026
Bişkekdə Novruz və Ramazan bayramlarına həsr olunmuş tədbir keçirildi - FOTOLAR
Polşa İrana qoşun göndərməyəcək
16:59 17.03.2026
Polşa İrana qoşun göndərməyəcək
Marketdə soyğunçuluq edən iki nəfər saxlanıldı
16:49 17.03.2026
Marketdə soyğunçuluq edən iki nəfər saxlanıldı
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
16:39 17.03.2026
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
16:34 17.03.2026
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
16:20 17.03.2026
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
16:16 17.03.2026
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
16:12 17.03.2026
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
16:00 17.03.2026
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
15:54 17.03.2026
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
15:49 17.03.2026
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
15:41 17.03.2026
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
15:12 17.03.2026
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
15:02 17.03.2026
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO