2 oktyabr tarixində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının
(KOBSKA) və "Davamlı Gələcək Platforması"nın COP29`da birgə təşkil olunacaq
pavilyonu ilə bağlı təqdimat mərasimi baş tutub.
AZXEBER.COM xəbər verir ki, tədbirin rəsmi açılış mərasimində açılış nitqini Kiçik və Orta Biznes Subyektləri və
Klublarının Assosiasiyasının İdarə Heyətinin sədri Nigar Ələsgərova edib. Daha
sonra tədbirin rəsmi qonaqlarından olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin
İdarə Heyətinin sədr müavini Hikmət Məmmədov, "Davamlı Gələcək Platforması"
təsisçisi, "Türk Dünyası Kənd Təsərrüfatı Birliyi"nin sədri Doğan Başaran,
"Agriconnect Türkiye” rəhbəri Havva Olçum çıxış ediblər.
Rəsmi açılış mərasimindən sonra Havva Olçum COP29’da qurulacaq stend ilə bağlı
ətraflı məlumat verib, sahibkarların KOBSKA və "Davamlı Gələcək Platforması"nın
stendində təmsil olunmaq imkanları ilə bağlı danışıb.
Daha sonra sahibkarların, media nümayəndələrinin və digər tədbir iştirakçılarının
sualları cavablandırılıb.
Təqdimatdan sonra çıxışlar davam edib. "Trendyol” şirkətinin Korporativ
Kommunikasiyalar rəhbəri Süheyla Cəfərova, "İyi Gelecek Sürdürülebilirlik”
Konsaltinq şirkətinin təsisçisi Aslı Pasinli, Prof. Dr. Levent Kurnaz öz fikirlərini
bölüşüblər.
Məlumat üçün bildirək ki, tədbirə 100-ə yaxın iştirakçı qatılıb.
Təqdimatın sonunda çıxışçılar sahibkarları, media nümayəndələrini, iştirakçıları
gələcəyimizi formalaşdırmaqda fəal olmağa dəvət edib.
Qeyd edək ki, "Trendyol” şirkəti COP29’da qurulacaq stendin baş sponsorudur.
Xatırladaq ki, dünyanın ən böyük qlobal tədbiri olan COP29 11-22 noyabr tarixlərində
ölkəmizdə keçiriləcək.