Corc Buşun nəvəsi Bakıda - FOTO

SİYASƏT
18:17 06.05.2013
3498

Mayın 6-da Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Corc Buşun nəvəsi Corc Preskot Buşu qəbul etdi.

ADU-nun Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, qonağı salamlayan rektor onu ADU-da görməkdən məmnun olduğunu bildirdi. Universitet haqqında məlumat verən professor Səməd Seyidov burada müxtəlif dillərin tədris olunduğunu qeyd etdi. O, ADU-da fəaliyyət göstərən mərkəzlər haqqında danışaraq, Amerika mərkəzinin fəaliyyətini xüsusi olaraq vurğuladı və universitetdə olan ən böyük mərkəz olduğunu sözlərinə əlavə etdi. Bu mərkəzdən nəinki ADU-du tələbələrinin, eyni zamanda digər universitet tələbələrinin də yararlana bildiklərini dedi. Amerika səfirliyi ilə əlaqələrdən söz açan Səməd Seyidov hər həftə səfirlik əməkdaşlarının ADU-tələbələri üçün mühazirə oxuduğunu vurğuladı. O, ABŞ ilə Azərbaycan arasındakı dostluq əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini bildirdi. Azərbaycan və ABŞ münasibətlərindən danışan rektor ADU-nun təhsil sistemindəki rolundan və Azərbaycan təhsilinin dünya təhsilinə inteqrasiyasından söz açdı. Rektor Səməd Seyidov hər il Amerikanın aparıcı universitetlərinin tələbələrinin Azərbaycana gəldiyini və Azərbaycan Dillər Universitetində Yay məktəbi keçdiklərini qeyd etdi. Amerikalı tələbələrin burada Azərbaycan dilini, tarixini, coğrafiyasını, adət-ənənələrini öyrəndiklərini vurğuladı. ADU-nun Amerika univeristetləri ilə əlaqələrinə toxunan rektor qarşılıqlı əməkdaşlığın inkişaf etdiyini və universitetlər arası tələbə-müəllim mübadiləsinin uğurla aparıldığını qonağın diqqətinə çatdırdı.

Corc Preskot Buş ADU-da olmaqdan məmnunluğunu dilə gətirdi. O, Azərbaycana ilk dəfə gəldiyini və buradan gözəl təəssüratlarla ayrılacağını qeyd etdi. ADU ilə səfrilik arasındakı əməkdaşlığı yüksək qiymətləndirən Corc Preskot Buş bu əməkdaşlığın davamlı olmasını arzu etdi. O, ADU tələbələriylə görüşməkdən və onlarla ünsiyyətdən məmnun olduğunu bildirdi.

Qeyd edək ki, görüşdən sonra qonaq ADU-nun İnformasiya Resurs Kompleksində tələbələr qarşısında çıxış etdi.

Xatırladaq ki, Corc Preskot Buş Azərbaycana Bakıda 6-8 mayda Beynəlxalq Nizami mərkəzi və Madrid klubu tərəfindən təşkil olunmuş Cənubi Qafqaz forumunda iştirak etmək üçün gəlib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb