Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu
DÜNYA
23:42 07.09.2025
305
Dünyaca məşhur italyan modelyer Corcio Armani ailə məzarlığında dəfn olunacaq.

Bu barədə "La Repubblica" nəşri məlumat yayıb.

Məlumata görə, dəfn Rivalta adlı kiçik bir kənddə keçiriləcək. Armaninin qəbrinin valideynləri və qardaşının məzarları yanında yerləşdirilməsi planlaşdırılır. Dəfnin sentyabrın 8-də həyata keçiriləcəyi güman edilir.

Xatırladaq ki, Corcio Armani sentyabrın 4-də, 91 yaşında vəfat edib.

/Oxu.az
OXŞAR XƏBƏRLƏR