Corcla bağlı hər kəsi kövrəldən paylaşım

Corcla bağlı hər kəsi kövrəldən paylaşım
MAQAZİN
15:36 24.12.2019
8099
Tanınmış rejissor Rza Rzayev dünən bələdiyyə üzvü seçilən Corc Qafarov haqda təsirli paylaşım edib.

AZXEBER.COM xəbər verir ki, o Corcun "Dolu” filmində rol aldığını və vətənpərvər gənc olduğunu deyib. 

Həmin statusu təqdim edirik: 

Dostlar, məcbur oldum - yazdım, Corc,  bağışla meni, Dolu filminin çəkilişləri zamanı bir neçə səhnədə hamı ağlamışdı, amma məni daha çox ağladan Corc oldu ! 
Corc da - " Dolu” filmində çəkilirdi, uşaq idi onda. Çəkiliş olmayan günü yaradıcı heyət ilə birlikdə çay içirdik, aktyorlardan biri söhbət əsnasında Corca sual etdi : Anan sağdı, gəlir sizi görməyə? 
Corc dedi, hə, yemək də gətirir, bizi yedirdir, amma gedəndən sonra hamısın qaytarıram! 
-niyə? 
Çünki, anam xəstədi , "yeməkləri " zibillikdən yığıb gətirir, yeyirəm ki, pis olmasın ! 

İki gün ağladım və ondan sonra  Corc ilə üz - üzə gəlməmək üçün gizləndim! Və neçə illərdi onu görmürəm, bələdiyyəyə üzv seçilib, uğurlar arzu edirəm! Dostlardan ona dəstək istəyirəm”.
OXŞAR XƏBƏRLƏR