"Corona" kafesi pandemiya qaydalarını pozdu

"Corona" kafesi pandemiya qaydalarını pozdu
SOSİAL
12:02 24.08.2020
1234
Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları gecə saatlarında şəhərin müxtəlif ərazilərində reyd keçiriblər.

APA-nın yerli bürosunun məlumatına görə, reyd zamanı karantin qaydalarının tələblərinə riayət etməyən kafelərə rast gəlinib. Şəhərin 9-cu mikrorayon ərazisində yerləşən "Corona Pub"-ın saat 22:00-dan sonra fəaliyyət göstərdiyi məlum olub.
 
İctimai iaşə obyektində qapalı məkanda müştərilərə xidmət edildiyi də aşkarlanıb. Orada olan 17 müştəri və sahibkar Qasım Əkbər oğlu Qasımlı 3-cü polis bölməsinə aparılıb. Onların hər biri İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən cərimələnib.
OXŞAR XƏBƏRLƏR