Sevilən aktyor Coşqun Rəhimov Heydər Əliyev Sarayının kulisləri arxasında huşunu itirib.
AZXEBER.COM-un "Trend"ə istinadən xəbər verir ki, bu barədə layihənin prodüseri Muşviq Abbasov bildirib. "5 oktyabrda, son nömrədən dərhal sonra, Coşqun gözlənilmədən özündən getdi. Dərhal təcili yardımı çağırdılar. Onlara vaxtında kömək göstərmələrinə görə minnətdaram. Bütün bu günlər Coşqun dərmanları qəbul edərək səhnəyə çıxır və kulislər arxasında həkimlərin briqadası növbədə durur. Biz bütün tamaşaları ləğv etmək istəyirdik, amma Coşqun dedi ki, tamaşaçıları məyus etmək olmaz, onlar konsertdən əvvəl bütün biletləri aldılar. Artist daima həkimlərin müşahidəsi altındadır. Bu gün biz son konserti verəcəyik və bazar ertəsi təcili müayinə üçün İzmirə uçuruq", - Muşviq Abbasov dedi. "Bu şəhərdə"nin "Ailəvi" konserti oktyabrın 5-dən 9-dək keçir. Bu il layihə 11 yaşını qeyd edir. Xatırladaq ki, 2010-cu ilin noyabrında Coşqun Rəhimova qalxanvarı vəzinin xərçəngi diaqnozu qoyulmuşdu. Xəstəlik erkən mərhələdə aşkar edilmişdi.