Yunanıstanda COVİD-19 peyvəndi olmadığı səbəbilə əmək müqavilələri dayandırılan təxminən 1700 tibb işçisi bu gündən etibarən vəzifələrinə qayıtmağa başlayıb.
AZXEBER.COM xəbər verir ki, yunan mətbuatında yer alan xəbərə görə, COVİD-19 peyvəndini almaqdan imtina edən həkimlər, tibb bacıları və inzibati heyət də daxil olmaqla 1700 tibb işçisi vəzifələrinə qayıdıb.
Dövlət Şurası peyvənd olunmamış tibb işçilərinin əmək müqavilələrinin dayandırılmasını konstitusiyaya zidd hesab edib və ödənilməmiş maaşların ödənilməsinə qərar verib.
Peyvənd olunmayan tibb işçilərinin həftədə iki dəfə COVİD-19 testi aparması və iş prosesində yüksək qoruyucu KN95 tipli maskadan istifadə etməsi nəzərdə tutulur.
Ayşən