Çin Xəstəliklərə Nəzarət Mərkəzinin (CDC) keçmiş prezidenti Corc Gao bildirib ki, COVİD-19 epidemiyasının başlanğıc nöqtəsinin laboratoriya ola biləcəyi ehtimalı istisna oluna bilməz.
AZXEBER.COM xəbər verir ki, Gao BBC Radio 4-ə müsahibəsində COVİD-19 epidemiyasını qiymətləndirib. Hazırda Çinin Milli Təbiət Elmləri Fondunun vitse-prezidenti olan Gao deyib:
COVİD-19-un Vuhandakı bir laboratoriyadan yayılma ehtimalı ilə bağlı hər şeydən şübhələnə bilərsiniz. Bu bir elmdir. Biz heç bir ehtimalı istisna edə bilmərik”, - deyə o bildirib.
Gao araşdırmanın nəticələrini görmədiyini, lakin ona "təmiz" hesabat verildiyini qeyd edərək, laboratoriyanın Çin hökumətinə yaxın adamlar tərəfindən ilk dəfə araşdırıldığını qeyd edib.
Ayşən