Covid-19 mutasiyaya uğrayır? - Yeni növ virus narahatlığa səbəb oldu

Covid-19 mutasiyaya uğrayır? - Yeni növ virus narahatlığa səbəb oldu
DÜNYA
00:05 13.04.2023
369
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Hindistanda aşkar edilən "Arcturus” adlı yeni Covid-19 alt variantının virusu daha yoluxucu edən mutasiyalara malik olduğunu açıqlayıb. 

AZXEBER.COM xəbər verir ki, ölkədə gündəlik aşkarlanan yoluxmaların sayı 3 min artarkən, Hindistanda xəstəxanalar yeni epidemiyaya qarşı hazırlaşmağa başlayıb

Texniki olaraq XBB.1.16 adlı Omicron alt variantı olan "Arcturus” keçən ay infeksiyaların 13 dəfə artdığı ölkədə Covid hadisələrinin yeni artımına səbəb olub.

Bununla birlikdə, yoluxmaların artması Hindistanın Səhiyyə Nazirliyinin xəstəxanaların mümkün xəstələr axını ilə mübarizə aparmağa nə dərəcədə hazır olduğunu yoxlamaq üçün bu həftə təlimlər keçirməsinə səbəb olub.

Tokio Universitetindən olan yapon alimləri tərəfindən aparılan bir araşdırma "Arcturus”un yaxından əlaqəli olduğu Kraken alt variantından 1,2 dəfə daha yoluxucu olduğunu irəli sürüb.

Ayşən
OXŞAR XƏBƏRLƏR