COVID-19 pasportunun yoxlanılması üçün mobil tətbiq hazırlandı

SOSİAL
18:15 27.07.2021
397
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə nəzərdə tutulan qurum və müəssisələrdə COVID-19 pasportlarının yoxlanılması üçün xüsusi mobil tətbiq hazırlanıb.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, Mərkəzin direktoru Fariz Cəfərov 27 iyul tarixində keçirdiyi mətbuat konfransında bu haqda ətraflı məlumat verib. Bildirilib ki, mobil tətbiqdən qurumların və müəssisələrin icazə.e-gov.az portalı üzərindən müəyyən edilmiş səlahiyyətli şəxsləri istifadə edəcəklər. Tətbiq vasitəsilə sistemə daxil olan səlahiyyətli şəxs vətəndaşın COVID-19 pasportunun QR kodunu oxutmaqla və ya şəxsiyyət vəsiqəsinin məlumatlarını daxil etməklə onun COVID-19 pasportunun olub-olmamasını 1 sentyabrdan etibarən yoxlaya biləcək.

Vətəndaşlar COVİD-19 sertifikatlarını "myGov.az" elektron hökumət portalı və ya mobil tətbiqi, e-TƏBİB mobil tətbiqi və ya its.gov.az portalı üzərindən qeydiyyatdan keçməklə baxa bilər, ehtiyac olduqda çıxarış əldə edə bilərlər.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 1 sentyabr tarixindən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələri, həmçinin Qərarın əlavəsində qeyd olunan iş və xidmət sahələrində fəaliyyət göstərən müəssisə işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb ediləcək. Həmçinin, Qərara əsasən 1 sentyabr tarixindən etibarən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər. Bununla yanaşı olaraq, 1 sentyabr tarixindən etibarən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb olunacaq. Qeyd olunan bütün məkanlara vətəndaşlar öz COVİD-19 pasportunun QR kodunu oxutdurmaqla daxil ola biləcəklər.

Müəssisə və qurumlar COVİD-19 pasportlarının yoxlanılması üçün istifadə edəcəkləri mobil tətbiqi icazə.e-gov.az portalından endirə bilərlər.

Vətəndaşlar isə COVID-19 immunitet və COVID-19 vaksin sertifikatlarını əldə etmək üçün "myGov" mobil tətbiqini aşağıdakı linklərdən yükləyə bilərlər.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:00 25.09.2021

Konqres Əfqanıstana görə Baydenə qarşı impiçment tələb edir

23:30 24.09.2021

Dövlət Departamenti "Taliban"ın Əfqanıstanda edam cəzasını bərpa etməyini qınayıb

23:12 24.09.2021

Hikmət Hacıyev İranın xarici işlər nazirinin müavini ilə görüşüb

22:46 24.09.2021

Azərbaycan və Türkiyə gəncləri İstanbulda Anım Gününü qeyd edəcək

22:29 24.09.2021

ABŞ-da üçüncü doz vaksinasiya çağırışı edilib

22:01 24.09.2021

Türkiyədə koronavirusa gündəlik yoluxma 27 mini ötdü

21:48 24.09.2021

Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”

21:37 24.09.2021

Səfir: “İranda özəl yükdaşıma şirkətlərinə xəbərdarlıq olunub, Azərbaycanın ərazi bütövlüyü qorunmalıdır”

21:21 24.09.2021

Azad edilmiş ərazilərin bərpa və yenidənqurma mərhələsində Aİ-nin də iştirakı mümkündür

21:08 24.09.2021

Avropa İttifaqı BMT Baş Assambleyası üzvlərini pandemiya ilə mübarizəyə dair razılaşmanı dəstəkləməyə çağırıb

20:19 24.09.2021

Bakıda məktəb bufetlərinin açılmasına hazırlıq işləri görülür

19:57 24.09.2021

Əfqanıstanın yeni hökuməti Rusiyadan dəvət gözləyir

19:49 24.09.2021

Ermənistanda koronavirusa yoluxanların sayı 256 554-ə çatıb

19:32 24.09.2021

İcra katibi: "Azərbaycan MDB iqtisadi məkanında əhəmiyyətli yerə malikdir"

19:19 24.09.2021

“Qarabağ”ın oyununun hakimləri açıqlandı

19:06 24.09.2021

Daha 7 müəssisədə pozuntular aşkarlandı