Koronavirus epidemiyasının necə ortaya çıxdığı ilə bağlı bir çox sui-qəsd nəzəriyyələri və iddialar davam etməkdədir.
AZXEBER.COM xəbər verir ki, İngiltərə mediasına danışan ABŞ rəsmiləri hesabatın təfərrüatlarını ictimaiyyətlə paylaşıblar.
Britaniya mediasında dünya üzrə 6 milyondan çox insanın ölümünə səbəb olan koronovirus epidemiyasının yayılması ilə bağlı diqqətçəkən xəbər yer alıb.
İngiltərənin məşhur qəzetlərindən olan "Sunday Times"a danışan ABŞ rəsmiləri Vuhan Virusologiya İnstitutunda çalışan alimlərlə Çin ordusunun rəsmilərinin birlikdə çalışdıqlarını açıqlayıb.
"Vuhandakı mərkəzdə elm adamları Çin ordusundan olan məmurlar və alimlər dünyanın ən ölümcül virusları ilə mutant xəstəlik yaratmağı planlaşdırıblar. Bu, Covid-19 epidemiyasının başlamasından əvvəl idi”.
Araşdırmalar nəticəsində bu təcrübələrin və Vuhandakı laboratoriyadan sızan virusun Çin ordusu ilə əlaqələri səbəbiylə örtülü və gizlədildiyi iddiaları irəli sürülüb.
Ayşən