“COVID-19 yeni aşkarlanan dövrlə müqayisədə 50-60 dəfə sürətlə yayılmağa başlayıb”

SAĞLAMLIQ
13:27 25.10.2021
296
"Son vaxtlar xüsusilə İngiltərədə COVID-19-un "Delta” variantına aid olan "AY.4.2” ştammı aşkarlandı. "Delta ştammı”nın 45-ə yaxın alt tipi var, bunlardan biri də "AY.4.2”dir. "Delta ştammı”nda hansı xüsusiyyətlər varsa, bu mutasiyada da eyni xüsusiyyətləri görürük. Buna görə çox da təşvişə düşəcək bir şey yoxdur, çünki "Delta” COVID-19-un mutasiyaya uğramış variantıdır”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev APA-ya açıqlamasında bildirib.

O qeyd edib ki, virus mutasiyaya uğradıqca, yoluxduruculuq qabiliyyəti də artır.

"COVID-19 yeni aşkarlandığı zamanla müqayisədə 50-60 dəfə sürətlə yayılmağa başlayıb. Yeni mutasiya da sürətlə yayılır. Amma xəstəliyin ağır gedişatı və ya ölümlə nəticələnməsi ilə bağlı hələ ki, dəqiq məlumat yoxdur. İki doza qəbul etmiş bəzi şəxslərə 3-cü doza vaksinin vurulmasına ehtiyac var. Çünki 5-6 aydan sonra orqanizmdə COVID-19-a qarşı meydana gəlmiş antitellərin miqdarı aşağı düşə bilər. Antitellərin miqdarı azalmasın deyə 3-cü doza vaksin vurulur. Hazırkı durumda 3-cü doza peyvəndin vurulması məqsədəuyğundur”.

"Əhalinin 60-70 faizi vaksinasiyadan keçdikdə bizim xəstəliklə mübarizəmiz asanlaşır. Amma ortada bir fakt var. İndiyədək altı aydan bir vaksini təkrarlayırıq. Əgər əhalinin 60-70 faizi eyni vaxtda vaksinasiyadan keçsəydi və hər kəsin qanında virusa qarşı antitellər yaransaydı o zaman bu problemin azalmasını görə bilərdik. Amma bu, fiziki olaraq mümkün deyil. Bundan başqa bir qrupda antitel olsa belə, digərlərində aşağı ola bilər. Amma xəstəlik əvvəlki kimi geniş şəkildə yayıla bilməz, çünki insanların böyük hissəsində virusa qarşı antitel yaranıb”, - deyə o qeyd edib.

OXŞAR XƏBƏRLƏR