Yeni bir araşdırmaya görə, Covid vaksinləri postmenopozal qadınlarda qeyri-adi vaginal qanaxmaya səbəb ola bilər.
AZXEBER.COM xəbər verir ki, 20 min qadının məlumatları ilə aparılan yeni bir araşdırma Covid peyvəndlərinin yaşlı qadınlarda qanaxma ehtimalını 2-3 dəfə artırdığını ortaya qoyub.
Covid peyvəndlərinin yan təsirlərini araşdıran araşdırmada peyvəndi alan və ya doğuşa nəzarət üsullarından istifadə edən yaşlı qadınlarda gözlənilməz qanaxma müşahidə edildiyi müəyyən edilib.
Peyvəndlərin menstrual dövrlərə təsir etdiyini göstərən əvvəlki tədqiqatlara əlavə olaraq, son araşdırma qeyri-adi vaginal qanaxma riskinin xüsusilə peyvənddən sonra 4 həftə ərzində artdığını qeyd edib.
Gülay