Cozef Bayden Yaponiyanın BMT Təhlükəsizlik Şurasına üzv olmasını dəstəkləyir

Cozef Bayden Yaponiyanın BMT Təhlükəsizlik Şurasına üzv olmasını dəstəkləyir
DÜNYA
09:25 23.05.2022
297
ABŞ Prezidenti Cozef Bayden BMT Təhlükəsizlik Şurasında islahatlar olacağı təqdirdə Yaponiyanın şuraya daimi üzvlüyünü dəstəkləyəcəyini bildirib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu dövlət başçısı Yaponiyanın Baş naziri Fumio Kisida ilə görüşdə söyləyib.

İki ölkə liderləri BMT-də, o cümlədən qurumun Təhlükəsizlik Şurasında islahatların vacibliyini vurğulayıblar.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 5 daimi üzvü var: ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çin.
OXŞAR XƏBƏRLƏR