Cozef Baydenlə Vladimir Putinin görüş məkanı açıqlandı

Cozef Baydenlə Vladimir Putinin görüş məkanı açıqlandı
SİYASƏT
11:06 10.06.2021
451
ABŞ prezidenti Cozef Baydenlə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında iyunun 16-da İsveçrənin Cenevrə şəhərində keçiriləcək görüşün məkanı açıqlanıb.

İki ölkə liderləri məşhur "La Qranj” villasında bir araya gələcək.

"Görüş iyunun 16-da Cenevrədə "La Qranj” adlı malikanədə keçiriləcək”, - İsveçrənin Xarici İşlər Nazirliyindən bildirilib.
 
//Report
OXŞAR XƏBƏRLƏR