Moskvanın Basmannı Rayon məhkəməsi "Crocus City Hall” da terror aktı törətməkdə ittiham olunan Muxammedsobir Fayzov və Dalerjon Mirzoyevin həbs müddətini avqustun 22-dək uzadıb.
AZXEBER.COM APA-ya istinadən xəbərinə görə, qərar istintaqın sorğusu əsasında qəbul olunub.
Onlar martın 28-də saxlanılıblar. Bir gün sonra Rusiya bu şəxslərin adını terrorçuların siyahısına daxil edib.
Qeyd edək ki, martın 22-də baş vermiş terror aktı nəticəsində 145 nəfər ölüb, 550 nəfərdən çoxu isə yaralanıb.