'Crystal Hall'a gedənlər bu xəbəri mütləq oxusun

MƏDƏNİYYƏT
14:55 26.05.2012
3295
“Eurovision-2012” müsabiqəsinin II yarımfinalına və finala bileti olanlara, I yarımfinala getmiş biri kimi, aşağıdakı tövsiyələrimi etmək istəyirəm. Sizi maraqlandıran sualın cavabını asan tapmağınız üçün mətni yarımbaşlıqlara böldüm.“Crystal Hall” hardadır? Müsabiqənin keçirildiyi yer, bulvarın Dəniz Vağzalı yerləşən yox, o biri başıdır. Bayraq Meydanı ilə dənizin arasında.“Crystal Hall”a necə getmək olar? Əraziyə 2 yerdən giriş var. Birincisi, “Azneft” dairəsindən Şıxov çimərliyinə qədər uzanan yeni təmir edilmiş yoldakı yeraltı keçid. Bura, belə başa düşdüm ki, taksi və ya Azadlıq meydanından gələn avtobuslarla gəlmək olur. Mənim təxminimə görə, “Azneft” dairəsindən yeraltı keçidə kimi, taksi 3 manatdan çox istəyən deyil. Desə ki, “mən sonra geri gəlmək üçün bir də Şıxova kimi getməliyəm”, cavab verərsiniz ki, sizi düşürdüyü yerdən geri qayıtmaq üçün döngə var. İkinci giriş, köhnə bulvarın davamı olaraq, Əl Oyunları Sarayından “Crystal Hall”a kimi uzanan “yeni Bulvar”ın ərazisindəndir. Burada sizi, bu vaxta kimi görmədiyiniz, qadın polislər, nəzakətli bulvar işçiləri qarşılayacaq və daha sonra gəzinti avtobusları ilə konsertin baş tutacağı yerə yola salacaqlar. Başqa sözlə, ayaq döyməyə ehtiyac qalmır.Evdən nə vaxt çıxsam yaxşıdır? Əl Oyunları Sarayının qarşısında 8-də olsanız, tam bəs edir ki, sabah belə bir məqalə yazasınız. “Crystal Hall” ərazisinə giriş Bu, təxminən, 20:30 radələrində baş tutur. Beləcə, konsert zalının, bilavasitə, ərazisinə daxil olursunuz. Binaya girməyə hələ var. Bu vaxt, biletinizdə qeyd olunan, əyləşdiyiniz sektora giriş qapısını tapmaq üçündür. Bunu, ilk öncə, dirəklərin üzərindəki yazılara, daha sonra isə giriş qapılarının üstündəki yazılara əsasən müəyyən edin. Çalışın, mühafizə xidmətinə, son məqamda, dəqiqləşdirmək üçün müraciət edəsiniz. Giriş 21:00-da başlayır. Odur ki, onları sizə əlahiddə diqqətə sövq etməyin. Xeyri yoxdur – giriş 21:00-da başlayır.Kiçik haşiyə Heç bir halda tələsməyin! Kütlənin qaçmaq istəyini dəstəkləməyin. Pis çıxmasın, nə olub, konsertə hələ 3 saat var!“Crystal Hall”a giriş Bu, mühafizə xidmətinin sizi yoxlayacağı son “qapı”dır (bundan öncə, səhv etmirəmsə, 4-5 dəfə yoxlanırsınız). Bütün qapılarda növbə tutun və ətrafdakıları da növbədə durmağa çağırın. Heç olmasa, 10-15 nəfər bunu utandığına görə edəcək və ümid edək ki, həmişəlik də yadında qalacaq.“Crystal Hall” Axırıncı yoxlamadan sonra, şüşə qapılar açılır və siz son bir ilin ən ciddi inşaat hadisəsinə toxunursunuz. “Crystal Hall”, bütün mənalarda, nəhəng tikilidir. İçəridə ayaqüstü yemək üçün fast-food satılır (Red Bull 3 AZN, şokoladlar 1 AZN, pirojnalar 1-2 AZN). Tualetlər var. Zal Binaya daxil olana kimi gördüyünüz işarələr, binanın içində də sizə yol göstərir. İtmək və ya yerini tapmamaq çətindir. “Bir yerə iki bilet” anlayışı nəinki praktiki, hətta nəzəri olaraq istisna edilib. Odur ki, yerinizi tapın və oturun. Saata baxanda görəcəksiz ki, uzağı 21:12-dir. Bu yerdə, axır vaxtlar rəqəmlərin güzgü effektini tez-tez müşahidə etdiyinizi yoldaşınıza deyin. Çünki, doğurdan da, saata baxanda bir də ayılacaqsınız ki, bayaqdan ağzı açıq gəzirsiniz və bir söz də olsun deməmisiniz. Konsertin başlanmasına isə 3 saat qalır!Bu 3 saatı nə etməli? Hamı bu vaxtdan “görəsən, bura nə qədər maya qoyulub?”, “o şeyin qızı deyil...Arifin?”, “bunun paltarına bax, sən mənim canım”, “görəsən, vayfayın kodu neçədir” kimi sualları özü-özünə verməyə sərf edir. Siz isə xarici fanatlarla tanış olun, Azərbaycan bayrağından özünə paltar tikmiş xanımlarla şəkil çəkdirin, #eurovision heştagı ilə tvitlər atıb, “check-in”lər edin. Mütləq bütün xaricilərdən xahiş edin ki, sosial şəbəkələrdəki statuslarında “Azərbaycana səs verin!” cümləsini yazsınlar. O yan-bu yan eləsə, əvəzində onların ölkəsi barədə status yazmağa hazır olduğunuzu deyin. Bir sözlə, kiçik də olsa, təşviqatınızı aparın. Bu müsabiqə gəlib gedəcək, amma sabah Səbinənin üzünə baxmaq var.Bayraq götürsəm, necə olacaq? Ərazidə “Eurovision” simvolikalı müxtəlif cer-cehizlər satılır. Rəsmi merçendayzer Kappa (səhv etmirəmsə, İtaliya istehsalı) olduğundan, malların qiyməti “Binə Ticarət Mərkəzi” ilə rəqabətdə ciddi uduzur. Ən ucuz bayraqlardır –5 AZN. Ölçüsü A4. Bəlkə, bir az böyük. Evdən gətirdiyiniz bayrağın tutqacı (gəlin, o uzun taxtanı belə adlandıraq) 1 metrdən uzun olsa, böyük ehtimal ki, əlinizdən alacaqlar. Amma mütləq bayraqla gəlin. Orada başa düşəcəksiniz niyə.Fotoaparat necə? Artıq yük etməyin, telefonla çəksəniz bəs edir. Bizdə, bundan sonra, çox belə və bundan yaxşı konsertlər olacaq. Bir də biletin arxasındakı qaydaları oxuyun.Nə geyinsəm yaxşıdır? Dünən zalın yarısından çoxu toy üslublu saç düzümündə, axşam libaslarında, ən pis halda 14 sm-lik dabanlı ayaqqabılarda və qalstukda idilər. Nəzərə alsaq ki, bu yazını məhdud sayda adam oxuyacaq və sabah yenə eyni şey təkrar olunacaq, kompleks yaşamamaq üçün, siz də standartlara uyun. Zarafat bir yana, ən rahat geyimlərinizi geyin. 160 manata bilet aldığınız artıq statusdur, əlavə detallara ehtiyac qalmır. DJ. FatehGün.Az

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir