`Üçtərəfli formatda danışacağımız kifayət qədər mövzu var`- Putin

`Üçtərəfli formatda danışacağımız kifayət qədər mövzu var`- Putin
SİYASƏT
17:23 08.08.2016
1166
Rusiya, Azərbaycan və İran Xəzər dənizində yeni layihələri, o cümlədən energetika və nəqliyyat sahəsində olan layihələri müzakirə edəcək.
AZXEBER.COM xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşdə bildirib.
“Üçtərəfli formatda görüş keçirilməsi təşəbbüsünə görə sizə təşəkkür edirəm. Bu formatda həqiqətən danışacağımız kifayət qədər mövzu var. Xəzər dənizində və daha geniş aspektdə yeni layihələr də ola bilər. Bu mənada həm nəqliyyat, həm energetika, həm də üçtərəfli ticarət və iqtisadi əlaqələrimizin diversifikasiyasını nəzərdə tuturam”, - deyə V.Putin vurğulayıb.
OXŞAR XƏBƏRLƏR