Cud Bellinqem La Liqada dekabrın ən yaxşı futbolçusu seçilib

Cud Bellinqem La Liqada dekabrın ən yaxşı futbolçusu seçilib
İDMAN
19:43 27.12.2024
359
İspaniya təmsilçisi "Real"ın (Madrid) yarımmüdafiəçisi Cud Bellinqem dekbarda La Liqanın ən yaxşı futbolçusu seçilib.

O, 2024-cü ilin son ayında 3 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

21 yaşlı oyunçu Antuan Qrizmann ("Atletiko", Madrid), Rafinya Dias ("Barselona"), Oyan Sanset ("Atletik"), və Sandro Ramiresi ("Las Palmas") qabaqlayıb.

Qeyd edək ki, ötən ay La Liqada ən yaxşı futbolçu adına Vinisius Junior layiq görülüb.
OXŞAR XƏBƏRLƏR