Cüdoçularımız Qran-Pri turnirində 4 medal qazandı

Cüdoçularımız Qran-Pri turnirində 4 medal qazandı
İDMAN
05:42 09.03.2026
472
Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-Pri turniri başa çatıb.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan millisi beynəlxalq yarışda 4 medal qazanıb.

Mübarizənin son günündə Camal Qamzatxanov bürünc mükafata yiyələnib. 100 kiloqramdan artıq çəki dərəcəsində çıxış edən cüdoçu üçüncü yer uğrunda qarşılaşmada Gürcüstan təmsilçisi İrakli Demetraşvili üzərində əzmkar qələbə qazanıb.

Xatırladaq ki, daha əvvəl Ruslan Paşayev (66 kiloqram) qızıl, Vüsal Qələndərzadə (81 kiloqram) gümüş, Ömər Rəcəbli (81 kiloqram) isə bürünc medala yiyələnib.

Yekunda 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edən milli komanda 59 ölkə arasında ümumi hesabda üçüncü, kişilərin yarışında isə birinci yeri tutub.
OXŞAR XƏBƏRLƏR