Cüdoçumuz 1/4 finalda

İDMAN
14:47 02.08.2012
1638
Bu gün XXX London Yay olimpiadasında sonuncu cüdoçumuz tatami üzərinə çıxıb.AZXEBER.COM-un məlumatına görə, Elmar Qasımov 100 kq çəki dərəcəsində qüvvəsini sınayıb.Mübarizəyə 1/16 finaldan start verən E.Qasımov bu mərhələdə qazaxıstanlı cüdoçu Maksim Rakovla qarşılaşıb. Həmin görüş Bakı vaxtı ilə saat 13:30-da başlayıb. Görüşə yaxşı başlayan E.Qasımov yuka xalı ilə önə keçib. Bu üstünlüyünü sonadək qoruyan cüdoçumuz 1/8 finala yüksəlib.Artıq təmsilçimizin növbəti mərhələdəki rəqibi də bəlli olub. E.Qasımov 1/8 finalda gürcüstanlı Levan Jorjoliani ilə üz-üzə gəlib. Həmin görüş Bakı vaxtı ilə saat 14:33-də başlayıb.E.Qasımovun aktivliyi rəqibə iki xəbərdarlıqla nəticələnib ki, bu da sonda cüdoçumuza qələbə qazandırıb.

OXŞAR XƏBƏRLƏR