Culfada avtomobil qəzası olub: bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb

Culfada avtomobil qəzası olub: bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb
SOSİAL
21:43 20.10.2026
150
Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda üç avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza rayonun Ərəzin kəndi ərazisində qeydə alınıb.

Hadisə nəticəsində 8 nəfər xəsarət alıb, 2022-ci il təvəllüdlü Quliyev Səid Səlim oğlu isə həyatını itirib.

Xəsarət alan şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
 
///report///
OXŞAR XƏBƏRLƏR