Cumhuriyyətimizin Gəncə dövrü-Tarixi faktlar - Fotolar

SOSİAL
15:14 28.05.2020
384
Azərbaycan Xalq Cumhuriyyəti deyəndə ilk ağıla gələn  şəhər Gəncə olur. Ölkənin ikinci böyük şəhəri yeni təşəkkül tapmış dövlətimizin – 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cumhuriyyətinin ilk addımlarına ev sahibliyi edib. 
 
AZXEBER.COM xəbər verir ki, həmin ilin 16 iyun tarixində Xalq Cumhuriyyəti Tiflisdən Gəncəyə köçür və fəaliyyətini indiki Azərbaycan Dövlət Aqrar Universitetinin binasında davam etdirir. Bakının bolşevik-daşnak dəstələrinin nəzarəti altında olması səbəbindən Gəncənin payxat elan edilməsi zərururəti yaradır. Həsən bəy Ağayev, Xudat bəy Rəfibəyli, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmdov kimi Cumhuriyyət qurucularının təklifi ilə Gəncə paytaxt elan edilir.
 
Ümumiyyətlə Azərbaycan Xalq Cumhurriyyətinin Gəncədəki 3 aylıq zaman kəsiyində bir çox vacib qərarlar qəbul edilir. Məhz bu zalda keçirilən toplantılarda müstəqilliyimizin qurucuları, baniləri tərəfindən Azərbaycan dilinin dövlət dili elan edilməsi, milli ordunun yaradılması kimi çox böyük əhəmiyyət kəsb edən qırarlar qəbul olunur,tarixi sənədlər imzalanır  Xalq Cumhurriyyəti dönəmində Gəncənin tarixi adı özünə qaytarılır.
 
Azərbaycan Xalq Cumhuriyyət tarixinin ilk mətbu orqanı  "Azərbaycan Hökümətinin Xəbərləri” adlı nəşri işıq üzü görür. Bundan əlavə Bakının bolşevik-daşnak qüvvələrindən azad edilməsi də Gəncədən başlanır. Bu gün Azərbaycan Dövlət Aqrar Universitetində bütün tarixi hadisələrini özündə əks etdirən fotolar, ilk dövlət xəritəmiz, müstəqillik bəyannaməmiz tarixi fakt kimi qorunur. Сumhuriyyət dövrünü əks etdirən muzey fəaliyyət göstərir.
 
İ.Kənan

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR