Məşhur "Yeşilçam” aktyoru Cüneyt Arkının birinci həyat yoldaşı Filiz Cüreklibatırdan olan qızı, atasının ikinci həyat yoldaşı Betül Cüreklibatır və qardaşları Murat, Kaan Polat Çüreklibatırın mirastan əmlak oğurladıqlarını iddia edərək məhkəməyə verib.
AZXEBER.COM Türkiyə mətbuatına əsasən xəbər verir ki, ötən günü baş tutan məhkəmədə aktyor Nuri Alço qarşı tərəfin şahidi kimi dindirilib.
Alço, o zamanlarda "Yeşilçam” aktyorlarının yüksək gəlir əldə etmədiyini bildirib:
"O zaman qayınatası olmasa idi, Cüneyt Arkının dolanışığının yaxşı olması mümkün deyildi. Arkının Silivri və Levent səmtində bir neçə evinin və bir avtomobilinin olduğunu bilirəm. Qalan bütün mallar həyat yoldaşı Betül xanımın atasından miras qalıb” deyə aktyor ifadəsində deyib.
Aysel