Üçyaşlı oğlunu hündür binadan yerə atdı

DÜNYA
14:45 23.12.2013
1193

Nyu-Yorkda 35 yaşlı ukraynalı Dmitri Kanarikov göydələnin damından üçyaşlı oğlu Kirilli aşağı itələyib.

AZXEBER.COM TSN telekanalına istinadən xəbər verir ki, uşağın ardınca kişi də özünü aşağı atıb.Kanarikov aldığı zədələrdən yerində keçinib, uşağın həyatı uğrunda isə həkimlər mübarizə aparıblar, lakin bu, bir nəticə verməyib.Məlum olub ki, sözügedən kişi bu yaxınlarda həyat yoldaşı Svetlanadan ayrılıb. Son vaxtlar onların arasında uşağın kimin himayəsində qalması ilə bağlı sərt məhkəmə çəkişmələri gedib.

OXŞAR XƏBƏRLƏR