"CZN Burak" zəlzələdə dünyasını dəyişən Taha Duymazın anası ilə görüşdü - VİDEO

"CZN Burak" zəlzələdə dünyasını dəyişən Taha Duymazın anası ilə görüşdü - VİDEO
MAQAZİN
13:01 30.08.2023
878
"CZN Burak" kimi tanınan məşhur aşpaz Türkiyədə baş verən dəhşətli zəlzələlər zamanı Antakyada həyatını itirən 19 yaşlı fenomen Taha Duymazın anası ilə görüşüb.

AZXEBER.COM xəbər verir ki, tanınmış aşpaz bu barədə şəxsi instagram səhifəsində video paylaşıb.
 
Hatayın Yayladağ rayonunda doğulub böyüyən və yayımladığı yemək videoları ilə qısa zamanda fenomenə çevrilən 19 yaşlı Taha Duymaz fevral ayında Kahramanmaraşda baş verən zəlzələlərdə Antakyanın Antakya rayonunda dünyasını dəyişib. 
 
Taha Duymazın 57 yaşlı anası Meryem Duymaz bir müddət sonra oğlunun xatirələrini yaşatmaq üçün videolar çəkməyə qərar verib və oğlu kimi yemək videoları çəkərək sosial şəbəkələrdə paylaşıb.

CZN Burak videoda "Sizcə CZN fərqi ilə Meryem Duymaz anamla etdiyimiz yeməyin adını bilən var?", - qeydlə paylaşıb.

Duymaz məşhur aşpazın minlərlə bəyənmə və şərh alan paylaşımına "İndiyədək hər zaman yanında olmusan. Allah sizdən razı olsun. Evimizə, kəndimizə sevinc bəxş etdin. Rəbbim sənin kimi övladı qorusun. Kəndimiz səni çox sevir", - şərhini yazıb.
 
Mikayıl
 
 
OXŞAR XƏBƏRLƏR