“DÇ-2018-ə qədər tam hazır olacağam” - Özil

“DÇ-2018-ə qədər tam hazır olacağam” - Özil
İDMAN
20:39 08.05.2018
4786

"Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil zədəsi haqda danışıb.

Almaniya yığmasının üzvü Tvitter-də özünü yaxşı hiss etdiyini yazıb:

"Təəssüf ki, dünənki görüşdə belimdəki zədə səbəbindən iştirak edə bilmədim. Bir qədər vaxta ehtiyacım var. Əminəm ki, DÇ-2018-ə qədər tam hazır olacağam. 

 

Bir daha məşqçimizə minnətdaram. Mənim üçün sənə görə oynamaq şərəf idi, cənab Venger. Birlikdə keçirdiyimiz hər şey üçün çox sağ ol". 

Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının 37-ci turunda "Bernli"yə qarşı matçda (5:0) meydana çıxmayıb.

///qol.az
OXŞAR XƏBƏRLƏR