DÇ-2022: Argentina millisi Meksikanı məğlub edib

İDMAN
00:59 27.11.2022
634

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında daha bir oyun baş tutub. 

AZXEBER.COM xəbər verir ki, qrupunun II turunda Argentina və Meksika komandaları üz-üzə gəlib. 

Qarşılaşma Argentinanın 2:0 hesablı qələbəsi ilə bitib. 64-cü dəqiqədə Lionel Messi baxımlı qola imza atıb. 87-ci dəqiqədə isə Entso Fernandes fərqi daha da artırıb. 

Mundialda birinci qələbəsini əldə edən "tanqoçular" ilk üç xalını qazanıb və ikinci pilləyə yüksəlib. Qrupa 4 xalla Polşa kollektivi başçılıq edir. Səudiyyə Ərəbistanı 3 xalla üçüncü, Meksika 1 xalla sonuncu sıradadır. 

Sonuncu - III turda Polşa Argentina ilə, Səudiyyə Ərəbistanı isə Meksika ilə görüşəcək. Həmin matçlar noyabrın 30-da olacaq. 

OXŞAR XƏBƏRLƏR