DÇ-2022: Bu gün ilk finalçı bəlli olacaq

İDMAN
09:11 13.12.2022
227

Qətərdə təşkil olunan dünya çempionatında bu gün yarımfinal mərhələsinə start veriləcək.

AZXEBER.COM xəbər verir ki, bu raundun ilk oyununda Argentina və Xorvatiya yığmaları üz-üzə gələcəklər. Bununla da mundialda ilk finalçı bəlli olacaq.

"Lusail" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Cənubi Amerika təmsilçisi əvvəlki mərhələdə Niderlandı, avropalılar isə Braziliyanı mübarizədən kənarlaşdırıb.

Argentina 2014-cü il, Xorvatiya isə 2018-ci il dünya çempionatının finalçısı olub.

DÇ-2022

Yarımfinal

13 dekabr

23:00. Argentina - Xorvatiya

Baş hakim: Daniele Orsato (İtaliya)

Qeyd edək ki, yarımfinalın digər matçında Fransa millisi Mərakeşi sınağa çəkəcək.
OXŞAR XƏBƏRLƏR