DÇ-2022: Ekvador Qətəri məğlub etdi

DÇ-2022: Ekvador Qətəri məğlub etdi
DÜNYA
22:14 20.11.2022
250

Qətərdə futbol üzrə XXII dünya çempionatına start verilib.

AZXEBER.COM xəbər verir ki, açılış oyununda ev sahibləri Ekvador millisi ilə qarşılaşıb. A qrupunun görüşü Cənubi Amerika təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hər iki qol ilk hissədə vurulub. Enner Valensiya 16-cı və 31-ci dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, qrupun digər matçında Niderland yığması Seneqalı sınağa çəkəcək. Noyabrın 21-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR