DÇ-2022: Lui Van Qal Skolarinin rekordunu təkrarlaya bilər

İDMAN
18:59 09.12.2022
245
Dünya çempionatlarında ən uzun məğlubiyyətsiz oyunlar seriyasına malik olan baş məşqçilərin siyahısında dəyişiklik baş verib.

AZXEBER.COM Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, birinci pillədə Braziliya yığmasındə işləmiş Luis Felipe Skolari (12 oyun) qərarlaşıb.

Onun həmyerlisi Mario Zaqallo və hazırda Qətərdəki mundialda Niderland yığmasının sükanı arxasında olan Lui Van Qal 2-3-cü yerləri bölüşdürürlər.

"Narıncılar" DÇ-2022-nin 1/4 finalında bu gün Argentinaya məğlub olmasalar 71 yaşlı mütəxəssis Skolarinin rekordunu təkrarlayacaq.
OXŞAR XƏBƏRLƏR