DÇ-2022-nin püşkünü Azərbaycan əsilli futbolçu çəkəcək

DÇ-2022-nin püşkünü Azərbaycan əsilli futbolçu çəkəcək
İDMAN
17:55 31.03.2022
983
FIFA 2022-ci il dünya çempionatının püşkatma mərasimində püşkü çəkəcək veteran futbolçuların adlarını açıqlayıb.

Onların arasında İran millisinin Azərbaycan əsilli sabiq hücumçusu Əli Daei də var.

Tədbirdə 53 yaşlı keçmiş forvarddan başqa, Adel Ahmed Malallah (Qətər), Bora Milutinoviç (Serbiya), Kafu (Braziliya), Cey-Cey Okoça (Nigeriya), Lotar Matteus (Almaniya), Rabah Macer (Əlcəzair) və Tim Keyhil (Avstraliya) də yer alıblar. Səkkiz veteran futbolçunun hərəsi bir səbətin püşklərini çəkəcək.

Qeyd edək ki, aprelin 1-də keçiriləcək DÇ-2022-nin püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
OXŞAR XƏBƏRLƏR