DÇ-2026: Argentina geridönüş edərək növbəti mərhələyə çıxdı

DÇ-2026: Argentina geridönüş edərək növbəti mərhələyə çıxdı
İDMAN
22:14 07.07.2026
465
Futbol üzrə 2026-cı il dünya çempionatının (DÇ-2026) 1/8 final mərhələsi çərçivəsində Argentina - Misir oyunu keçirilib.

AZXEBER.COM xəbər verir ki, ABŞ-nin Atlanta şəhərində baş tutan qarşılaşma Cənubi Amerika təmsilçisinin əzmkar qələbəsi ilə yekunlaşıb - 2:3.

Argentina hesabda iki top fərqi ilə geridə olsa da, ardıcıl üç dəfə fərqlənməklə növbəti mərhələyə adlayıb.

Ərəblərdən Yasser İbrahim (15-ci dəqiqə), Mustafa Ziko (67-ci dəqiqə), argentinalılardan isə Kristian Romero (79-cu dəqiqə), Lionel Messi (83-cü dəqiqə) və Entso Fernandes (90+2-ci dəqiqə) qol vurublar.

Qeyd edək ki, Argentina 1/4 final mərhələsində İsveçrə-Kolumbiya cütünün qalibi ilə qarşılaşacaq.
OXŞAR XƏBƏRLƏR