DÇ-2026: İngiltərə Meksikaya qalib gələrək 1/4 finala adlayıb

DÇ-2026: İngiltərə Meksikaya qalib gələrək 1/4 finala adlayıb
İDMAN
08:56 06.07.2026
455
Futbol üzrə dünya çempionatında İngiltərə Meksika millisinə qalib gələrək 1/4 final mərhələsinə yüksəlib.

AZXEBER.COM-un məlumatına görə, Mexiko stadionunda baş tutan 1/8 final mərhələsinin matçında Avropa təmsilçisi 3:2 hesablı qələbəyə sevinib.

İngiltərə yığmasında Cud Bellinqem (36,38) və Harri Keyn (60-p.) fərqləniblər. Şimali Amerika təmsilçisinin heyətində isə Xulian Kinyones (42) və Raul Ximenez (69-p.) dəqiq zərbə müəllifi olublar.

İngiltərə millisinin növbəti mərhələdəki rəqibi Norveç seçməsi olacaq.
OXŞAR XƏBƏRLƏR