DÇ-2026: İspaniya Avstriyanı məğlub edərək 1/8 finala çıxıb

DÇ-2026: İspaniya Avstriyanı məğlub edərək 1/8 finala çıxıb
İDMAN
01:15 03.07.2026
160
Futbol üzrə dünya çempionatında İspaniya Avstriyanı məğlub edib.

AZXEBER.COM xəbər verir ki, Los-Anceles stadionunda keçirilən 1/16 final mərhələsinin matçında ispanlar 3:0 hesablı qələbə qazanıblar.

Mikel Oyarsabal (36, 89) və Pedro Porro (66) fərqlənən futbolçular olublar.

Qeyd edək ki, İspaniyanın 1/8 finaldakı rəqibi Portuqaliya - Xorvatiya cütünün qalibi olacaq.
OXŞAR XƏBƏRLƏR