DÇ-yə ilk vəsiqəni onlar qazandı

DÇ-yə ilk vəsiqəni onlar qazandı
İDMAN
19:33 20.03.2025
270
DÇ-2026-ya vəsiqə qazanan ilk milli komanda bəlli olub.
 
Yaponiya yığması seçmə mərhələnin bitməsinə 3 tur qalmış mundiala vəsiqəni təmin edib.

Hacime Moriyasunun rəhbərlik etdiyi kollektiv 7-ci turda evdə Bəhreyn seçməsinə 2:0 hesabı ilə qalib gəlib.

Yaponiya millisinin aktivində 7 turdan sonra 19 xal var. Onlar 2-ci yerdə gedən Avstraliyanı 9 xal qabaqlayır.
 
///Qafqazinfo
OXŞAR XƏBƏRLƏR