16 il Drevey şəhərinin bələdiyyə rəisi olmuş Trona qarşı cinayət işi bu ilin mayında açılıb. Həmin vaxt bələdiyyə idarəsinin iki keçmiş qadın əməkdaşı Tronun onlara qarşı seksual xarakterli zorakılıq əməllərindən və zorlamadan şikayət ediblər. Zərərçəkmişlər 2007-2010-cu illərdə Tronun əməkdaşları olublar.
Tron 2010-2011-ci illərdə Fransanın dövlət katibi olub. O iqtidar partiyasının tərkibində Nikolya Sarkozinin rəqibi sayılan Dominik de Vilpenin tərəfdarlarından hesab olunur.