K. Əliyev sürücüləri və sərnişinləri təhlükəsizlik kəmərlərindən istifadə etməyə çağırıb: “Bu gün ölkə üzrə qeydə alınan qayda pozuntularının böyük əksəriyyəti təhlükəsizlik kəmərlərindən istifadə ilə bağlıdır. Bu da onların həyatı üçün təhlükə yaradır. Mən bütün sürücü və sərnişinlərdən xahiş edirəm ki, nəqliyyat vasitələrində təhlükəsizlik kəmərlərindən istifadə etsinlər”.
K. Əliyev təhlükəsizlik kəmərlərindən istifadə etməyən sürücü və sərnişinlərin inzibati qaydada cərimələnəcəklərini deyib. Cərimə məbləği sürücülər üçün 15 manatdan 20 manatadək, sərnişinlər üçün 6 manatdan 10 manatadəkdir.