Dünya futbolunun ən məşhur simalarından olan Herd Müller yaddaşını itirib. 65 yaşlı keçmiş futbolçu menecerlik etdiyi “Bayer” (Monako) klubu ilə İtaliyada təlim məşq- toplantısındadır. Müller səhər saatlarında qaldığı oteldən çıxaraq geri qayıtmayıb.
Müllerdən xəbər almayan klub rəhbərliyi polisə müraciət edib. Müller axşam saatlarında “Viale de Gasperi” prospektində gəzərkən polis tərəfindən saxlanılıb. Tibbi müayinədən keçirilən Müllerin yaddaşının itdiyi müəyyənləşdirilib.
Xatırladaq ki, Herd Müller futbolçu karyerasına 1964-cü ildə “1861 Nördlingen” komandasında başlayıb. Futbolçu 427 dəfə “Bavariya” klubunun formasını geyinərək 365 qola imza atıb. Herd Müller Almaniya yığma komandasının heyətində 62 qol vurub.
//Ans Press