Peris Hilton: Los Ancelesə yeni endim. Üsəma bin Ladenin öldüyünü eşidəndə çox çevindim. Terrorun və şərin siması idi. Dünya onsuz daha yaxşıdır.
Tayra Banks: Böyük qardaşım 20 ildir hərbi xidmətdədir. Ona və bütün cəsur əsgərlərimizə salam olsun.
Ledi Qaqa: CNN-i izləyirəm. Nifrət və kin duyğusuna qarşı savaşda tarixi gündür.
Cim Kerri: Qorxunu öldürdülər. Bu gecə nəyinsə baş verəcəyini hiss etmişdim. Bin Laden dövrü sona çatdı. Növbədə nə var?
Opra Uinfri: Bunu “müharibə bitdi” kimi başa düşmək olarmı?
Arnold Şvartsnegger: Qadınlı-kişili bütün əsgərlərimizlə qürur duyuram. Harda olsanız, ölkəmizə xidmət edən bu cəsur qəhrəmanlara təşəkkür etmək üçün bir dəqiqənizi ayırın.
Snup Doqq: Bu qəhrəman əsgərləri tezliklə Vətənə qaytarın. Onlarsız çox darıxmışıq. Onlar bizim üçün vuruşublar. İndi də biz onlar üçün mübarizə aparaq.
Spayk Li: Prezident Obama, Tanrı səni və Amerika Birləşmiş Ştatlarını qorusun.
Denis Riçards: 11 sentyabr terrorunda və müstəqillik üçün savaşda həyatını itirənlər nəhayət, rahat yata bilərlər.
Çarli Şin: Ölü, ya da diri, fərqi yoxdur. Yaxşı iş gördünüz, uşaqlar.
Mayk Tayson: Obama Üsəmadan qurtuldu. İslamın ideyası sülh və sevgidir. Lütfən, Üsəmanın baxışlarını digər müsəlmanlarla qarışdırmayın.
//milli.az