Bu gün səhər saatlarında ürəyi son döyüntülərini vurub.
Maslaçenko futbolçu karyerasına doğma Dnepropetrovskın "Spartak"ı və "Metallurq"unda başlayıb. Uzun illər Moskva "Spartak"ında "Lokotiv"də oynayb. SSRİ yığmasında 8 dəfə forma geyinib. 1958-ci il Dünya Çempionatının iştirakçısı, 1960-cı ildə Avropa Çempionatının mükafatçısı olub (Lev Yaşinin əvəzləyicisi kimi).
Maslaçenko futbolçu karyerasını bitirəndən sonra jurnalist fəaliyyətinə başlayıb. O, Azərbaycanda da tanınmış şərhçilərdən idi.
mənbə futbolpress.az