Aşbazlar uzunluğu 203,8 metr və ağırlığı 265 kq olan dünyada ən böyük hot-doq hazırlayıblar.
Rekord Paraqvayın paytaxtı Asunsyon şəhəri yaxınlığındakı şəhərcikdə keçirilən Beynəlxalq Kənd Təsərrüfatı sərgisində qeydə alınıb. Nəhəng hot-doqun harılamasında 245 aşbaz iştirak edib. Rekord Ginnesin rekordlar kitabına da düşüb.