Adı İtaliyanın baş naziri Silvio Berluskoni ilə sevgi qalmaqalında hallanan və gözəlliyilə məşhur olan İtaliyanın gender naziri Mara Karfaqna ərə gedib. İtaliyanın baş nazirinin sevimlisi, “Maksim” kişi jurnalının “dünyanın ən seksual naziri” kimi seçdiyi italiyalı siyasətçi Mara Karfaqna 4 ildir birlikdə olduğu sevgilisi Marko Mezaro ilə evlənib.
36 yaşlı gözəl nazirin nikah şahidi “Evli olmasaydım, dərhal səninlə qaçardım” söyləyən baş nazir Silvio Berluskoni olub. Dünən Roma yaxınlığında Castello-di-Torre İn Pietradakı kiçik bir məkanda baş tutan mərasimə bir çox nazir və tanınmış siyasətçilər qatılıb.
Karfaqnanın uzun duvaqlı gəlinlik paltarını vaxtilə anasının gəlinliyini tikən Pinella Passaro hazırlayıb. İtaliyanın baş naziri Berluskoni toyda gəlinlə bəyin yanında oturub.
Qeyd edək ki, bir vaxtlar model kimi fəaliyyət göstərən Mara Karfaqna yarıçılpaq şıkillərilə dillər əzbəri olmuşdu. Karfaqnanı 4 il əvvəl tədbirlərin birində görən baş nazir Berluskoni onu siyasətə cəlb edə bilib.