Dünyanın ən kök uşağını tanıyın (FOTOSESSSİYA)

MARAQLI
11:59 01.05.2011
4711

  AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, həddindən artıq yemək yeyən Georgia 2 addımdan çox gəzə bilmir. Normal bir yataqda yata bilməyən və çox yediyi üçün məktəbdə bufetə girməsi qadağan edilən Georgia yemək vərdişini tərgidə bilmir. 15 yaşlı uşaqların 2 min kalori qəbul etməli olduğu halda, Georgia onlarda 7 dəfə çox 14 min kalori alır.

Kiçik qızın “15 yaşında dünyanın ən kök uşağı” olaraq “Ginnes Rekordlar Kitabına” namizəd göstəriləcəyi təxmin edilir. Georgianın gündəlik yemək menyusu 15 ədəd yumurta, 2 kilo pendir, 5 çörək, bütöv bir tort, 6 qab kartof qızartması, 7 ədəd sendviç və 4 litr sodadan ibarətdir. Georgia arıqlamaq haqda düşünmədiyini də deyib.

 

 

OXŞAR XƏBƏRLƏR