Dünyanın ən tüklü qızı özünü bəxtəvər sayır

MARAQLI
18:12 18.05.2011
2646

Dünyanın ən tüklü qızı Tailandda yaşayır. O, 11 yaşlı Supatra Sasupandır.

Banqkokdakı məktəblərdən birində oxuyan Supatranın dediyinə görə, onu indiyədək "canavar" və "meymun" adlandırdıqları üçün özünü çox bədbəxt hiss edirdi.

"Lakin adım Ginnesin Rekordlar Kitabına düşəndən sonra məni hamı tanıdı. Özümü bəxtəvər hiss edirəm", - Supatra deyib.

Hazırda dünyada Supatra kimi cəmi 50 insan var. Onların hamısı Ambras sindromu və ya hipertrixoza mübtəladır. Hipertrixoz zamanı insan bədəninin hər yerində, o cümlədən boyunda və üzdə uzun tüklər çıxır.

//milli.az

 

OXŞAR XƏBƏRLƏR