Dünyanın ən xoşbəxt və bədbəxt ölkələri seçildi

Dünyanın ən xoşbəxt və bədbəxt ölkələri seçildi
MARAQLI
12:11 04.01.2011
2378

“Times” qəzeti “Gallup” araşdırma şirkətinin araşdırmasının nəticələrini nəşr edib.

Qəzetdə "Fransızlar planetimizin ən bədbəxt insanları" başlıqlı xəbərin altında Viktor Hüqonun əsərinə uyğun olaraq "Araşdırmaya görə Fransızlar həqiqətən Səfillər oldu" altbaşlığı verilib.

 

Bədbəxtlər siyahısında Fransanı İslandiya, Rumıniya, Serbiya və İngiltərə izləyir.

 

Ən xoşbəxt ölkələr isə Nigeriya, Vyetnam, Braziliya, Gana, Çin və Kosova olaraq sıralanır.

 

Araşdırmanın nəticələrinə görə "2011-ci ilə ümidli bəsləmək" kateqoriyasında Nigeriya və Əfqanıstan, ABŞdan öndə durur.

 

Anketin nəticələri Bangaldeş, Əfqanıstan və İraq kimi ölkələrin əhalisinin Qərb ölkələrindən daha xoşbəxt olduğunu ortaya qoyub.

 
OXŞAR XƏBƏRLƏR