Dadaşlınskidən Vüqar Səfərliyə cavab: “Canlı yayıma hazıram, gəlin” - VİDEO

Dadaşlınskidən Vüqar Səfərliyə cavab: “Canlı yayıma hazıram, gəlin” - VİDEO
SOSİAL
23:32 12.02.2020
3327
İctimai Televiziyada yayımlanan və ən çox izlənilən verilişlərdən olan "3D”-də maraqlı anlar yaşanıb.
 
AZXEBER.COM xəbər verir ki, verilişin aparıcısı Dadaş Dadaşlınski Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun (KİV DF) sədri Vüqar Səfərliyə cavab verib. O növbəti dəfə Vüqar Səfərlini efirə dəvət edib və canlı yayıma çıxmağa hazır olduğunu deyib: "Vüqar müəllim, buyurun, gəlin. Mən canlı yayım etməyə hazıram. Əgər sizin də cavablarınız varsa, buyurun gəlin” .
 
Xatırladaq ki, Vüqar Səfərli bu barədə mətbuata açıqlamasında deyib: "Əvvəla, onlar məni cəmi 1 dəfə həmin verilişə dəvət etmişdilər. Mən də imtina etdim. Bildirdim ki, kukla ilə mənim üz-üzə əyləşmək fikrim yoxdur. Əgər İctimai Televiziya mənim şəklimi divara yapışdırıb, axtarışda olmağımla bağlı görüntülər yayımlayıbsa, bu, tərbiyəsizlikdir. Onların cavabı tezliklə veriləcək”. KİVDF rəsmisi qeyd edib ki, əgər telekanal onun müsahibə verməsində maraqlıdırsa, o zaman canlı yayım təşkil etsin:
 
"Əgər onlar üçün mənim müsahibə verməyim maraqlıdırsa, o zaman canlı yayım təşkil etsinlər və canlı yayımda mən onların bütün suallarına cavab verməyə hazıram. Ancaq bu kukla ilə çəkilən verilişlərdə onlara sərf edən hissələr montaj edilir. Və efirə həmin hissələr verilir. Mən onlardan tələb edirəm, buna razıdırlarsa, məmnuniyyətlə onların efirinə çıxmağa hazıram. Ancaq onların bu etdiyi nə jurnalist etikasına, nə başqa bir dəyərlərə uyğundur. Axtarış barədə qərarı hüquq-mühafizə orqanları verəcək”, – deyə Vüqar Səfərli qeyd edib.
 
OXŞAR XƏBƏRLƏR